AZ

Cokoviç “Laureus” mükafatına layiq görüldü

Novak Cokovic “İlin İdmançısı” nominasiyasında “Laureus World Sports Awards”a layiq görülüb.

Bu mükafat 2023-cü ildə əldə etdikləri nailiyyətlərə görə idmançılara və komandalara verilir.

Cokoviç ötən il Avstraliya, Fransa və ABŞ-də “Böyük dəbilqə”nin qalibi olub. Bununla da o, ən çox “Böyük dəbilqə” qazanan tennisçi kimi tarixə düşüb.

Serb tennisçi futbolçular – Lionel Messi və Erlinq Halandı, Formula 1 pilotu Maks Ferstappeni, atletikanın ulduzları olan Noa Layles və Armand Duplantisi qabaqlayıb.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla