AZ

Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir - Çingiz Hüseynzadə

Bakı. Trend:

Bu gün Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir.Azərbaycanda olimpiya hərəkatı çox geniş inkişaf edir, yayılır.

Trend xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK)vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsi ilə"VİSA"-nın birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini qazanandan sonrayaranan bir təşkilat olaraq, Azərbaycanda olimpiya hərəkatınınyaranmasına çalışmışıq.

"Buna müəyyən dərəcədə nail olduq. Azərbaycanda ilk AvropaOyunları və İslam Oyunları bir sıra idman növləri üzrə Avropa vəDünya çempionatları keçirilib. Bu tədbirlərin həyata keçirilməsimüddətində Azərbaycan Olimpiya Komitəsinin tərəfdaşları hər zamanyanımızda olub. Bizim üçün qürurlu bir hadisədir ki, keçən ildənetibarən "VİSA" şirkəti bizim yanımızdadır. Mən ümid edirəm ki,bizim bütün sponsorlarımız, o cümlədən, "VİSA" ilə birgə Parisdənövbəti qələbələr qazanacağıq", - deyə Ç.Hüseynzadə əlavə edib.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla