AZ

"Bayer" rəsmisi səhvini etiraf etdi

"Bayer"in icraçı direktoru Fernando Karro komandanın hücumçusu Florian Virts haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner daha öncə oyunçunun transfer dəyərini açıqlamasını səhv olaraq qeyd edib:

"Səhv etdim, Florian üçün 150 milyon avro tələb etdiyimizi deməməliydim. Onun kimi oyunçunun qiyməti yoxdur".

Virts bu mövsüm 43 oyunda 17 qol vurub, 19 məhsuldar ötürmə edib. Onun "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Hücumçunun adı "Real"la hallanır.
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla