AZ

Laçında daha bir qələbə

Bu dəfə laçınlılar idman yox, intellekt yarışına çıxıblar.

Şəhərdəkı «Laçınema» kinoteatrındaikinci “Audiokitab bilik yarışması” keçirilib. «Bilmək qazandırır» şüarı ilə baş tutan intellektual oyunda iştirakçılar həm təcrübə, həm bilik, həm də mükafat qazanıblar.

Yarışmada Laçın şəhəri 2 saylı məktəbi və Zabux kənd məktəbinin3-6-cı sinif şagirdləri iştirak ediblər. Oyunun şərtinə görə, şagirdlər Audiokitab tətbiqində yerləşdirilmiş 5 əsəri öncədən dinləyirlər. Peşəkar aktyorların səsləndirdiyi əsərləri mənimsəyən uşaqlar oyun vaxtı biliklərini sınayırlar. Audiyoriyaya həmin əsərlərə aid suallar verilir - ilkin təqdim olunan sadə suallar növbəti mərhələlərdə qəlizləşdirilir. Əsəri diqqətlə dinləyənlər, həmçinin oyun vaxtı çevik tərpənib doğru cavabı tez səsləndirənlər üstünlük qazanırlar. Daha çox doğru cavab verən komanda yarışmanın qalibi olur.

Oyunda İvan Turgenevin “Mumu”, Lev Tolstoyun “Qu Quşu”, Jül Vernin “Sirli ada”, Lüis Kerollun “Alisa möcüzələr ölkəsində” və Ernest Hemenqueyin “Qoca və dəniz” audiokitablarından suallar təqdim olunub. Oyunun final mərhələsində iştirakçılar Laçın şəhərinin mədəni və tarixi dəyərləri ilə bağlı suallara da cavab verməli olublar.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla