AZ

Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə belə görüntüləndi - VİDEO

Türkiyəli aktrisa Serenay Sarıkaya ilk dəfə müğənni sevgilisi Mert Demirlə görüntülənib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük məkanlardan birindən çıxarkən jurnalistlərin obyektivinə tuş gəlib.

Xoşbəxt görünən Serenayla Mert eşq münasibətləri ilə bağlı onlara ünvanlanan sualları cavabsız qoyublar.

Onlar tez bir zamanda avtomobilə əyləşərək həmin ərazidən uzaqlaşıblar. 

Xatırladaq ki, bir müddət əvvəl "Ateşe düştüm" mahnısı ilə məşhurlaşan Mertlə aktrisa Serenay eşq yaşamağa başlayıb. Bəziləri bunun şayiə olduğunu bildirsə də, ötən gün ilk dəfə əl-ələ görüntülənən cütlük haqqlarında yayılan məlumatı təsdiq edib.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla