AZ

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birincirübü ərzində qiymətli metalların pərakəndə satış bazarındafəaliyyətini uğurla davam etdirib.

QSC-dən Trend-ə bildirilibki, sözügedən dövr ərzində “AzerGold”un rəsmi satış və mübadiləmərkəzində qızıl və gümüş sikkə, eləcə də, qızıl külçələrinsatışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib. Bu, ötənilin eyni dövri ilə müqayisədə pərakəndə satış gəlirlərində 8 faizartım deməkdir. Səhmdar cəmiyyət tərəfindən sözügedən dövr ərzində713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışıhəyata keçirilib.

Qeyd edək ki, “AzerGold” QSC ilk dəfə 2018-ci ildə yerli qızılvə gümüş xammalından istehsal etdiyi sikkə və külçələri 2019-cuildən pərakəndə bazarda satışa təqdim edib. Cari il aprelin 1-dəkümumi çəkisi 9,787 unsiya olan qızıl sikkə və külçələr, ümumiçəkisi 533 unsiya olan gümüş sikkələrin pərakəndə satışından 36milyon 286 min 200 manat vəsait əldə edilib.

Məqalədə:
Seçilən
144
12
Mənbələr
Şərh ()
Bağla