AZ

Yanvar-mart aylarında Türkiyənin İsrailə kimyəvi maddə ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar-mart aylarında İsrailə kimyəvi maddəməhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faizazalaraq 18,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

"2024-cü ilin mart ayında Türkiyənin İsrailə kimyəvi maddəməhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faizazalaraq, 9 milyon dollara bərabər olub", - deyə məlumatda qeydedilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvimaddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7faiz artıraraq 8 milyard dollara çatdırıb.

2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvimaddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7faiz artaraq, 3 milyard dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixracedib.

Məqalədə:
Seçilən
77
18
Mənbələr
Şərh ()
Bağla