AZ

Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb

Özbəkistanın \"Tonq yüztəri” qəzetinin baş redaktoru Feroza Odilova, Özbəkistan Dövlət İnformasiya Agentliyinin Beynəlxalq xəbərlər redaksiyasının redaktoru Əzizə Həlimova çıxışılarında Azərbaycanın və Özbəkistanın media sahəsindəki təmaslarının gücləndirilməsinin vacibliyindən söz açıb, Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqının imzaladıqları əməkdaşlıq memorandumunun prosesə dəstək verəcəyinə əminliklərini dilə gətiriblər.

MŞ İdarə Heyətinin üzvlərindən Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, \"Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, həmçinin AZTV-nin Xəbərlər departamentinin redaktoru, yazıçı və publisist Aida Eyvazova, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Şuranın icraçı katibi Əvəz Rüstəmov və başqaları da çıxışlarında Azərbaycanın və Özbəkistanın aparıcı media qurumlarının əməkdaşlığını aktuallaşdıran məqamlara toxunub, perspektiv əlaqələrin daha sistemli şəkil alacağına inandıqlarını bildiriblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


Seçilən
48
Mənbələr
Şərh ()
Bağla