AZ

Hündürlükdən yıxılaraq ağır açıq kəllə-beyin travması alan pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunub

Hündürlükdən yıxılaraq ağır açıq kəllə-beyin travması alan pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.
 
Bu barədə Aztibb.az-a xəstəxanadan bildirilib.
 
Qeyd olunub ki, təxmini 3 ay əvvəl yaşadığı mənzildə hündürlükdən yıxılaraq ağır açıq kəllə-beyin travması alan və koma vəziyyətində təcili tibbi yardım vasitəsilə pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. KT müayinəsinə əsasən beyin kötüyünün əzilməsi, qansızma və ənsə nahiyəsində basılmış qəlpəli sınıqlar aşkar edilib. 
 
Pasiyent Vüsal Məmmədov tərəfindən uğurlu əməliyyat olunaraq yüngül nevroloji defisitlə evə yazılıb. 
Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla