AZ

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

Laos

Bakı, 23 aprel, AZƏRTAC

Çinin İctimai Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, Laos transsərhəd telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini öz ölkəsinə təhvil verib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin və Laos polisi bu yaxınlarda Laosda üç cinayət yuvasının dağıdılması üçün əməkdaşlıq edərək, transsərhəd telekommunikasiya fırıldaqçılığında şübhəli bilinənləri və bu cinayətlərin törədilməsində istifadə olunan mindən çox mobil telefon və kompüteri ələ keçirib.

Çin polisi cinayət işini açmağa çalışarkən Laosda ipucları aşkarlayıb, lazımi faktlar və sübutlar topladıqdan sonra laoslu həmkarlarını bu barədə məlumatlandırıb.

 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla