Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb.
29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canlı efirdə əri Umut Yiğit eşitdiklərindən şoka düşüb.
''Düşünmək qabiliyyətimi itirdim. Əgər bu qadın bu adamdan hamilə qalsa, mənim arvadım nəvəmi dünyaya gətirəcək?".
Bu hadisə sosial şəbəkədə qısa müddət ərzində hər kəs tərəfindən paylaşılıb.