AZ

"Çempionluğun derbidə gəlməsi xüsusidir" - İnzaqi

"İnter"in baş məşqçisi Simone İnzaqi A Seriyasında çempionluğu təmin etmələrini şərh edib.

Futbolpress.az ANSA-ya istinadən xəbər verir ki, mütəxəssis "Milan"a qalib gəldikləri görüşdən (2:1) sonra bunları deyib:

"Gözəl axşam oldu. Məni sevindirən azarkeşlərin həvəsi idi. Üç il ərzində altı kubok, Çempionlar Liqasının finalı - hər şey oldu. Bunları əvvəldən təsəvvür etmək çətin idi. Çempionluğun derbidə gəlməsi xüsusidir. Ciddi psixoloji təzyiq altında oynayan, sona qədər mübarizə aparan "Milan"a da qiymət verməliyik".

"İnter" 33 turdan sonra 86 xalla liderdir. "Neradzurra" ən yaxın izləyicisi "Milan"ı 17 xal qabaqlayır.
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla