AZ

Çin: Ukraynanın ABŞ-la münasibətlərində heç bir problem yoxdur

Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin nümayəndəsi ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfərindən əvvəl keçirdiyi brifinqdə Ukrayna məsələsinin Çin və ABŞ münasibətləri üçün problem olmadığını bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir. “Amerika tərəfi bunu Çin və ABŞ arasında problemə çevirməməlidir”, – çinli diplomat bildirib. O əlavə edib ki, Vaşinqton Pekinə iqtisadi, kommersiya və texnoloji təzyiqləri artırır və daim yeni ixraca nəzarət tədbirləri tətbiq edir.

Diplomat vurğulayıb ki, bu cür addımlar yalnız risk yaradır və onları aradan qaldırmır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
41
Mənbələr
Şərh ()
Bağla