AZ

Belarus dost olmayan ölkələrin vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırıb

Belarus hökuməti dost olmayan dövlətlərdən Belarus şirkətlərinin pay və səhmlərinin sahiblərinə dividendlərin ödənilməsini məhdudlaşdırmaq qərarına gəlib.

Müvafiq qərar ölkənin milli hüquq portalında dərc olunub.

“Belarus Respublikasına qarşı xoşagəlməz hərəkətlər edən xarici dövlətlərdən olan xarici iştirakçılara, Belarus Respublikasının hüquqi şəxslərinin əmlak sahiblərinə paylanmış (hesablanmış) mənfəətin və dividendlərin ödənilməsinə məhdudiyyət qoyulur”, - mətndə deyilir.

Məhdudiyyət təqvim ili ərzində bütün xarici iştirakçılara və rezident əmlak sahiblərinə ödənilən mənfəətin və ya dividendlərin məbləği 80 min baza vahidindən (3,2 milyon Belarus rublu və ya təxminən 984 min ABŞ dolları) və ya bu məbləğin xarici valyutada ekvivalentindən artıq olduqda tətbiq ediləcək.

Bəzi hallarda qadağanın aradan qaldırılması mümkündür. Bunun üçün hər bir ödəniş üçün regional və ya Minsk şəhər icra komitələrindən birindən müvafiq icazə tələb olunacaq.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla