AZ

Xavi artıq La Liqanın gümüş medalı haqda düşünür

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 32-ci turunda “Real”a məğlubiyətdən (2:3) sonra “blauqrana”nın hədəfindən söhbət açıb.

Arena.az məlumat verir ki, oyundan sonra mətbuat nümayəndələri ilə görüşdə ispan mütəxəssis “Barselona”nın indi gümüş medal uğrunda mübarizə aparmalı olduğunu düşündüyünü bildirib:

“İndi məqsəd La Liqada ikinci yer uğrunda mübarizə aparmaqdır. Bu, gələn mövsüm üçün vacibdir. Bu, gələcəkdə komandaya kömək edəcək”, deyə Xavi bildirib.

Hazırda “Real” 32 oyundan 81 xalla La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qaymaqlılar” ən yaxın izləyicisi “Barselona”nı (70 xal) 11 xal qabaqlayırlar. İlk üçlüyü isə 68 xalla Kataloniyanın digər təmsilçisi, “Jirona” qapayır. Göründüyü kimi, Kataloniyanın hər iki təmsilçisi La Liqanın “gümüş”ünə iddia edirlər.

Növbəti turda “Real” səfərdə “Real Sosyedad”la, “Barselona” evdə “Valensiya” ilə qarşılaşacaq.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla