AZ

Neftçalada narkotik satmaq istəyən tutuldu

Neftçalada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyev saxlanılıb.

Ondan iki kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
26
10
Mənbələr
Şərh ()
Bağla