AZ

Çinli turist İndoneziyada vulkan kraterinə düşüb

Çindən gələn turist fotosessiya zamanı İndoneziyada vulkan kraterinə düşüb.

Bu barədə “AsiaToday” Banyuvangi rayon təhlükəsizlik departamentinin rəhbəri Dvi Putro Suqyartoya istinadən məlumat yayıb.

Turistlər gün batımı fonunda şəkil çəkdirmək qərarına gəliblər. Qadın uçurumun kənarında dayanıb, amma bir anda ərinin qarşısında sürüşərək yıxılıb.

“Bəli, bu hadisə doğrudur. Məlumdur ki, qurban və onu müşayiət edənlər 02:10 radələrində Paltudinqdən ayrılaraq İjen kraterinə doğru istiqamət alıblar”, - deyə Suqyarto vurğulayıb.

Seçilən
104
7
Mənbələr
Şərh ()
Bağla