AZ

Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL

Bir qrup şəhər sakini Moderator.az-a müraciət edib. Onlar bildiriblər ki, Elmlər Akademiyasının qarşısındakı parkda yerə bərkidilmiş oturacaqlar yoxa çıxıb. Bunun səbəbini isə belə izah ediblər:
 
“Gündə bir oturacaq yoxa çıxır. Məqsəd də odur ki, insanlar bir yerə toplaşmasınlar, oturmasınlar. Təxminən 2 aya yaxındır eyni vəziyyət hökm sürür. Qocalar gəlib cavanları oturacaqdan durquzur. Cavan niyə durmalıdır ki? Oturacaqlar park üçün alınıb. İnsanlar istirahət etməlidir. Hava da isti keçir, şəhər sakinləri harada dincəlsinlər?! Siz diqqət etsəniz özünüz də görərsiniz ki, həqiqətən də oturacaqlar azalıb. Yerdə qalanları isə sınıq və sıradan çıxmışlardır” deyə bildiriblər. 
 
Əraziyə baxış keçirərkən yerindən götürülmüş oturacaqların izlərini aydın görmək mümkün idi.
 
Mövzu ilə bağlı Elmlər Akademiyası parkının rəhbərliyi ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirdik. 
 
“Cari təmirlə əlaqədar olaraq zədələnmiş, qırılmış oturacaqlar ordan götürülüb. Təmir olunandan sonra yerinə qaytarılacaq. Axşamlar uşaqlar orada futbol və voleybol oynayırlar, oturacaqların çoxunu onlar zədələyib. Başqa bir səbəb yoxdur. Ən qısa zamanda həmin oturacaqlar yerində olacaq. Bəlkə də gələn həftə içində” deyə qurumdan bildirilib.
Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla