AZ

Türkiyə ilə İraq arasında 26 müqavilə

Prezident Rəcəb Tayyib Ərdoğan İraqdakı təmaslarını başa vuraraq gecə saatlarında Ankaraya qayıdıb. Ərdoğanın İraqa kritik səfəri zamanı mühüm müqavilələr imzalanıb. “İnkişaf Yolu” layihəsi də bu sazişlər sırasındadır.

News24.az xəbər verir ki, imzalanmış “Strateji Çərçivə üzrə Anlaşma Memorandumu” təhlükəsizlikdən tutmuş enerjiyə qədər bir çox sahələri əhatə edir.

Rabitə Müdirliyinin sosial media hesabından edilən məlumatda Türkiyə ilə İraq arasında imzalanan 26 müqavilənin təfərrüatları açıqlanıb.

İmzalanmış müqavilələrlə bağlı aşağıdakı məlumatlar yer alıb:

- İraq Respublikası və Türkiyə Respublikası Hökuməti arasında su sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi.

- Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi ilə İraq Xarici İşlər Nazirliyinin Xarici Xidmətlər İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

- Türkiyə Respublikası Prezidentinin Dövlət Arxivi ilə İraq Respublikası Mədəniyyət, Turizm və Qədim Əsərlər Nazirliyinin Milli Kitabxanası və Arxivləri arasında Anlaşma Memorandumu.

- Türkiyə Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

- Əmək və Sosial Müdafiə Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial Məsələlər Nazirliyi arasında Məşğulluq və Sosial Təminat Sahələrində Anlaşma Memorandumu.

- Təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu.

- Enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu.

- Türkiyə Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

- Strateji Çərçivə üzrə Anlaşma Memorandumu.

- DEİK və İraq Ticarət Palataları Birliyi arasında Anlaşma Memorandumu.

- Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başçılığı ilə İraq Respublikasının Sünni Vəqf Şurası arasında İslam işləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

- Türkiyə Respublikası Cümhuriyyəti Cumhurbaşkanlığı, Müdafiə Sənayesi Başçılığı (SSB) və İraq Respublikasının Müdafiə Sənayesi Komissiyası (MİK) arasında müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

- Təhlükəsizlik Əməkdaşlığı Anlaşma Memorandumu.

- Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

- Mədəniyyət və Turizm Nazirliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində Anlaşma Memorandumu.

- Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi və İraq Respublikasının Müdafiə Nazirliyi arasında Hərbi Təlim Əməkdaşlığına dair Anlaşma Memorandumu.

- İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında Saziş.

- Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstək İdarəsi ilə İraq Respublikası Sənaye və Mədən Sənayesi Nazirliyinin Sənaye İnkişafı Baş İdarəsi arasında Anlaşma Memorandumu.

- Türkiyə-İraq Kənd Təsərrüfatı İşçi Qrupu 2024-2025 Dövrü Fəaliyyət Planı.

- Məhsulların Təhlükəsizliyi və Ticarətdə Texniki Maneələr Sahəsində Məsləhətləşmə və Əməkdaşlıq Mexanizminin yaradılmasına dair Protokol.

- Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə İraq Respublikasının Nəqliyyat Nazirliyi arasında İnkişaf Yolu üzrə Anlaşma Memorandumu.

- Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi ilə İraq Respublikası Müdafiə Nazirliyi arasında Hərbi Sağlamlıq Sahəsində Təlim və Əməkdaşlıq Protokolu.

- Gənclər və İdman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu.

- Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) və İraq Respublikası Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi (MOHESR) arasında Elm, Texnologiya və İnnovasiya Sahəsində Əməkdaşlıq Anlaşma Memorandumu.

- İqtisadi və Ticarət Birgə Komitəsinin yaradılması haqqında Anlaşma Memorandumu.

- Türkiyə Ədliyyə Akademiyası ilə İraq Respublikası Ali Məhkəmə Şurasının Ədliyyə İnstitutu arasında Türkiyə Ədliyyə Akademiyası ilə İraq Ədliyyə İnstitutu tələbələrinin, hakimlərin və prokuror müavinlərinin hakim hazırlığı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Günel Məlikzadə

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla