AZ

Çobanlarla fermerlər arasında toqquşma: 21 nəfər öldü

Nigeriyada çobanlarla fermerlər arasında qarşıdurmaların yaşandığı Plato əyalətində onlarla şəxs həyatını itirib.

Publika.azxəbər verir ki, çobanlar əyalətin Manqu və Kuru bölgələrində silahlı hücumlar həyata keçiriblər.

Hücumlarda 21 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, bir çox ev isə yanaraq kül olub. Onlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Manquda vaxtaşırı çobanlarla fermerlər arasında toqquşmalar baş verir. Yanvar ayından Manqu bölgəsində baş verən qarşıdurmalarda aralarında uşaq və qadınlar da olmaqla, azı 90 nəfər həyatını itirib.

Seçilən
127
2
Mənbələr
Şərh ()
Bağla