AZ

“El Klasiko”nun qalibi müəyyənləşdi

Bu gün növbəti “El Klasiko” oynanılıb.

“Report” xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları La Liqanın 32-ci turunda üz-üzə gəliblər.

Əzəli rəqiblərin “Santyaqo Bernabeu”dakı görüşündə 5 qol vurulub.

Qolların üçü “Real Madrid”ın hesabında olub. Qalib komanda üçün qolları Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Jud Bellinqem (90+1) vurub. “Barselona” da isə Andreas Kristensen (6) və Fermin Lopes (69) fərqlənib.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real" başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
4
report.az

4Mənbələr

Şərh ()
Bağla