AZ

Azərbaycan və Dünya Bankı COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan və Dünya Bankı (DB) COP29 çərçivəsində əməkdaşlığımüzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X"sosial şəbəkə hesabında bildirib.

"Dünya Bankının baş icraçı direktoru Axel van Trotsenburg və DBkomandası ilə görüşdən məmnun oldum.
Bankın ölkəmizdəki cari fəaliyyəti, növbəti dövr üzrə ÖlkəTərəfdaşlıq Çərçivəsi və COP29-la əlaqəli mümkün əməkdaşlıqimkanları ətrafında faydalı fikir mübadiləsi apardıq", - deyə T.Kazımov qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla