AZ

Qurban Qurbanov və Kaxaber Sxadadzedən 2:2-yə şərh

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:2 hesabıyla başa çatmış oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Sönük oyun getdi. Daha aktiv, dinamik futbol görməyimizi istəyərdim. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandam üün faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. “Qəbələ”yə uğurlar arzulayıram.

Növbəti turda “Sumqayıt”la qarşılaşacağıq. Sumqayıtda oynamaq həmişə xoş olub. “Sumqayıt” çox yaxşı oyun göstərir. Maraqlı oyun olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq”.

Qurban Qurbanov adının Türkiyənin “Beşiktaş” klubu ilə birgə hallanması barədə suala cavab vermək istəməyib: “Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir”.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə “Qarabağ”la heç-heçəyə belə şərh verib:

“Müsbət məqamla başlayım ki, oyunu uduzmadıq. Matçın daha bir müsbət tərəfi isə hesabda geri olduğumuz görüşdə məğlub olmadıq. Amma təəssüf ki, çox sayda sadə səhvlər oldu. “Qarabağ”la oynayanda gərginliyin olması başadüşüləndir. Çünki belə bir səviyyəli kluba qarşı oynayırdıq. Buna görə çox adi top itkilərini yol verirdik. Əgər bir az da diqqətli oynaya bilsəydik, oyunumuz da daha yaxşı olardı. Futbolçulara görülən işə görə təşəkkür edirəm. İndi qarşıda ilin ən vacib oyunu olacaq. Hər şeyi kənara qoyub ayın 24-də keçiriləcək “Kəpəz”lə həmin matça hazırlaşmalıyıq”.

Seçilən
94
50
Mənbələr
Şərh ()
Bağla