AZ

Bakının "İdman paytaxtı" olmağa namizədliyi müzakirə olunub - FOTO

Aprelin 20-də gənclər və idman naziri Fərid Qayıbov Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələrini qəbul edib.

İdman.biz xəbər verir ki, nazir qonaqlara ölkəmizdə idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib.

Qiymətləndirmə Komitəsinin nümayəndələrini Bakıda fəaliyyət göstərən idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər. Görüşdə 2026-cı il Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələr zamanı beynəlxalq titullara ev sahibliyi etmək baxımından Azərbaycanın böyük təcrübəsinin olduğu qeyd edilib.

Qeyd edək ki, görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

İdman.biz

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla