AZ

Almaniyalı gimnast Dunya Kubokunda fərdi çoxnövçülükdə birinci yeri tutub

Bakı. Trend:

Almaniyalı gimnast Daria Varfolomeyev 138,150 xalla bədiigimnastika üzrə Dünya Kubokunda fərdi çoxnövçülükdə birinci yeritutub.

Trend xəbər verir ki, ikinci yeri bolqarıstanlı ElviraKrasnobayeva tutub, onun fərdi çoxnövçülükdə nəticəsi 134,950 xalolub. Üçüncü yerdə 130,700 xalla İtaliyanı təmsil edən SofiyaRaffaeli qərarlaşıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova çoxnövçülükdə 8-ci (125,850xal), Kamilla Seyidzadə isə 23-cü yeri (118,450 xal) tutub.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli GimnastikaArenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışlarıkeçirilir.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla