AZ

Gəmi BATDI - 60 sərnişin həlak oldu

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhəri yaxınlığında Mpoko çayında sərnişin gəmisi çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, qəzada azı 60 nəfər həlak olub .

Radiostansiyanın məlumatına görə, qəza zamanı gəmidə 300 sərnişin olub. Yalnız 100 nəfər xilas edilib, qalan 140 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Axtarışlar davam etdirilir.

Qəzaya səbəb həddindən artıq yüklənmə olub.

Gəmi nəzərdə tutulduğundan çox insan daşıyırmış.

Musavat.com

Seçilən
63
7
Mənbələr
Şərh ()
Bağla