AZ

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 20 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Hadisə nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kvadratmetr sahəsi olan obyektin təqribən 500 kvadratmetr hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri alovdan mühafizə olunub.

 

Seçilən
34
13
Mənbələr
Şərh ()
Bağla