AZ

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Almaniyanı

Bakı, 20 aprel, AZƏRTAC

"İlk dəfədir Bakıdakı Dünya Kubokunda iştirak edirəm. Mənim üçün əla təcrübədir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyanı təmsil edən bədii gimnast Daria Varfalamomeev Bakıda keçirilən Dünya Kuboku barədə danışarkən deyib. O, yarışa ciddi hazırlaşdığını söyləyib: "Əslində özümdən daha çoxunu gözləyirdim. Müəyyən səhvlərə yol verməyimə baxmayaraq, çıxışlarımdan razı qaldım".

İdmançı bildirib ki, bu, Bakıya üçüncü gəlişidir: "Daha öncə də ölkənizdə keçirilən beynəlxalq turnirlərdə iştirak etmişəm. Burada təşkilatçılıq həmişə yüksək səviyyədə olub. Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir. Çünki arenanızdakı atmosfer həmişə mükəmməldir".

Qeyd edək ki, turnirə aprelin 21-də yekun vurulacaq.

Seçilən
109
1
Mənbələr
Şərh ()
Bağla