AZ

"Söhbətlər çoxdur və bu haqda danışmağı xoşlamıram" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XXXI turunun "Qarabağ" - "Qəbələ" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Sönük oyun oldu, dinamik matçın keçməsini istərdim. Bəlkə, bir az hava şəraiti və bəzi qərarlar istər-istəməz oyunun tempini aşağı salırdı. Komandam üçün faydalı oyun oldu. Xeyli mövqe səhvlərimiz oldu, bunları düzəltməliyik.

- Növbəti matç səfərdə "Sumqayıt"a qarşı olacaq. Oyunla bağlı nə deyə bilərsiniz?
- Sumqayıtda oynamaq həmişə xoşdur. Onlar yaxşı oyun göstərir və yaxşı formaya çatıblar. Maraqlı oyun olacaq. Yeni stadionda olmamışıq, yaxşı azarkeş toplumu olacaq. Məncə, azarkeşlər üçün də maraqlı matç keçəcək.

- "Beşiktaş" rəsmisi sizin komandanın baş məşqçi postuna namizədlər arasında olduğunu təsdiqləyib...
- Bu haqda çox danışmaq istəmirəm. Söhbətlər çoxdur və bu haqda danışmağı xoşlamıram. Hər fikir əlavə suallar doğuracaq. Hələ sakitlikdir.

- Komandanı oyunlara kökləməkdə çətinlik olmur?
- İş saatım eyni olaraq qalır. Bəzi detallar var, ora daha çox vaxt ayırırıq. Bir az elə dəyişikliklər var. Çalışırıq ki, rotasiyalar edək, hər oyunçunun təcrübəsi olsun, formasından uzaqlaşmasın. Proqram üzrə gedirik. İş prinsiplərimizi qorumağa çalışırıq.

- Rəşad Sadıqov gələcəkdə "Qarabağ"ı çalışdırmaq istədiyini deyib. Buna münasibətiniz nədir?
- Çox gözəl, çox xoş. Hər məşqçiyə uğurlar arzu edirəm. 

Şahin Cəfərov
Seçilən
98
Mənbələr
Şərh ()
Bağla