AZ

...Maraqlıdır, Rusiya daha nə qədər müharibə apara bilər?

...Rusiya ordusunda indi genişmiqyaslı işğalın başlanğıcından daha çox əsgər var. Kreml iqtisadiyyatı müharibə şəraitində yenidən qurdu və ən azı növbəti iki il ərzində hücumu davam etdirə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə“The Washington Post” yazır.

Nəşrin məlumatına görə, Rusiya silah və sursat ehtiyatlarını artırmaqla hərbi istehsalı da artırıb.

Təcavüzkar ölkə iqtisadiyyatını müharibə şəraitində yenidən qurmaqla Ukrayna müharibəsində verdiyi itkiləri bərpa edə bilib.

Kreml müəssisələri İran, Çin və Şimali Koreyadan hissələri satın alaraq köhnə avadanlıqların istehsalı və ya təmiri üçün yüksək sürətlə işləyir.

...Rusiya özünün müasir hərbi texnikasının çoxunu istehsal etmir. Lakin o, daha sadə texnika, tüfənglər, mərmilər,əsgərlər üçün kütləvi silahlar istehsal edir.

Bunu “The Washington Post” yazır.

...Son aylarda Qərbin Kiyevə hərbi yardımı, xüsusən də ABŞ-dan ləngiyib, Rusiya Federasiyası isə öz qüvvələrini aktiv şəkildə yenidən silahlandırır və silahlarını yeniləyir.

Əvvəlcə ABŞ rəsmiləri hesab edirdilər ki, Ukraynadakı müharibə Rusiyanızəiflədib.

Amma ABŞ-ın Avropadakı baş komandanı, general Kristofer Kavoli bu yaxınlarda Konqresə Rusiya ordusunda indi işğalın əvvəlkindən daha çox əsgər olduğunu etiraf edib.

Və rus qoşunlarıhəm taktiki, həm də texnoloji döyüş meydanındakı çağırışları öyrənmək və onlara uyğunlaşmaq üçün sürətlənmiş qabiliyyət nümayiş etdirirlər.

...Yeri gəlmişkən, Putin 2024-cü il üçün hərbi xərclərin rekord dərəcədə artırılmasını təsdiqləyib. O, təxminən 115 milyard dollar xərcləməyi planlaşdırır ki, bu da ölkənin ümumi illik büdcəsinin demək olar ki, üçdə birini təşkil edir. Bu arada Rusiya rəsmiləri, xüsusən də ölkənin müdafiə naziri Sergey Şoyqu hərbi istehsalın rekord səviyyədə olduğunu açıqlayıb. Rusiya diktatoru Putinin tərəfdarları zirehli texnika istehsalının 4 dəfə, tankların tədarükü 5 dəfə, pilotsuz təyyarələrin və artilleriya mərmilərinin istehsalının isə təxminən 17 dəfə artdığını bildiriblər.

...Maraqlıdır, Rusiya daha nə qədər müharibə apara bilər?

Ağasəf Babayev

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla