AZ

Fransalı forvard “Atletiko” ilə müqaviləsini uzada bilər

Antuan Qrizmann “Atletiko” ilə danışıqlara başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard “Atletiko” ilə müqaviləsini uzada bilər.

Tərəflər artıq əməkdaşlığın uzadılması ilə bağlı danışıqlara başlayıb.

Qrizmannla klubu arasındakı hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq. Əvvəllər hücumçunun adı MLS klubları ilə yanaşı hallanırdı.

Qrizmann bu mövsüm 41 matçda iştirak edib. Onun aktivində 21 qol və 8 məhsuldar ötürmə var.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla