AZ

ÇL-də hamını qabaqladılar

Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada PSJ-nin hücumçusu Usman Dembele qalib gəlib.
Bu barədə UEFA-nın saytı məlumat yayıb. Dembele 1/4 finalın “Barselona” ilə cavab oyununda komandasının 4:1 hesablı qələbəsində bir qol vurmaqla rol oynamışdı. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri - Yulian Brandt (Borussiya D), Yozua Kimmix (Bavariya) və Federiko Valverdeni (Real) arxada qoyub.

ÇL-də həftənin ən baxımlı qolu da müəyyənləşib. Azarkeşlər arasında keçirilən sorğuda Dortmund “Borussiya”sının oyunçusu Yan Maatsenin “Atletiko” ilə oyunda (4:2) vurduğu qol daha çox səs toplayıb.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla