AZ

Orban yenə Aİ rəhbərliyini istefaya çağırdı

Bakı. Trend:

Avropa İttifaqının hazırkı rəhbərliyini hakimiyyətdənkənarlaşdırmaq lazımdır, əks halda, Macarıstan və bütün Aİ ölkələribundan zərər görəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəlbu fikirləri səsləndirən Macarıstanın Baş naziri Viktor Orban şənbəgünü xalq müraciətində onları təkrar edib.

"Avropanın iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçidfəlakət deməkdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir,miqrantlar sərhədləri aşaraq qaçırlar, cinayətlərin sayı artır,zorakılıq halları çoxalır, onlar uşaq böyütmək və onları genderfəallarına təhvil vermək istəyirlər”, - Orban deyib.

Macarıstanın Baş naziri problemin həlli ilə bağlı şəxsifikirlərini də təqdim edib:

“Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilənmandat müddətində zəif nəticələr göstərərək seçicilərinizə problemyaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaqbir iş görə bilərsiniz - əşyalarınızı yığın və vəzifənizi tərkedin. Brüssel rəhbərliyi getməlidir”.

“Biz Brüsseli nəzarətə götürməliyik, oradakı bürokratlarıkənarlaşdırmalı və işləri öz əlimizə almalıyıq. Bunları etməsək,onda Brüsseldəki liderlərin bacarıqsızlığı və gücsüzlüyü təkcəAvropaya deyil, həm də bizə - macarlara böyük zərər verəcək”, -Macarıstanın baş naziri əlavə edib.

Qeyd edək ki, Macarıstan baş naziri Viktor Orban mətbuatkonfransı zamanı deyib ki, "Yaşıl keçid", davamlı inkişafsiyasətləri, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi bir neçəböyük layihə ilə Avropa İttifaqının rəhbərliyinə sahibik və bulayihələrin hamısı uğursuz oldu. Avropa İttifaqının indikirəhbərliyi getməlidir, amma bizə yeni liderlər lazımdır".

Seçilən
100
5
Mənbələr
Şərh ()
Bağla