AZ

SON DƏQİQƏ! Fransadan ŞOK QƏRAR: 24 saatdan az müddətdə... - FOTO

Çıxışı zamanı “anti-yəhudi nifrət ifadəsi” işlətdiyi üçün cəzalandırılan əlcəzairli İmam Məhəmməd Tataiat Fransadan deportasiya edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Fransa daxili işlər naziri Gerald Darmanin açıqlayıb.

Darmanin 61 yaşlı İmam Tataiatın deportasiyası barədə bunları deyib: “İmmiqrasiya qanunu bizə nifrətlə danışan bir “imamı” 24 saatdan az müddətdə mənşə ölkəsinə deportasiya etməyə imkan verir. Fransa və fransızların müdafiəsi mənim prioritetimdir."

Xarici media yazır ki, 1980-ci illərdə Fransanın Tuluza şəhərinə gələn İmam Tataiat Əl Nur məscidində imamlıq edirdi. 2017-ci ildə o, sosial mediada ərəb dilində etdiyi çıxışa görə antisemit nifrət ifadəsinə görə məhkəməyə verilmişdi. Tataiat antisemit olmadığını və bunun tərcümə səhvi olduğunu iddia etmişdi.

Musavat.com

Seçilən
57
6
Mənbələr
Şərh ()
Bağla