AZ

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Bakı, 20 aprel, AZƏRTAC

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, həlledici oyunda “Xəzri” və “Neftçi” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində keçirilən matç "ağ-qaralar"ın 65:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Neftçi" basketbol üzrə Azərbaycan Kubokunun qalibi olub.

 

Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla