AZ

Laporta “el klasiko” haqda: “Madridə qələbə üçün yollanırıq”

“Barselona”nın prezidenti Joan Laporta İspaniya La Liqasının 32-ci turunun “Real”la aprelin 21-də keçiriləcək səfər oyunu haqda danışıb.

Arena.az “El Chiringuito TV”-yə istinadən Laportanın bu barədə fikirlərini təqdim edir:

“Çempionlar Liqasından kənarlaşdırılmaqla məyus olmuşuq və indi bu məyusluqla məşğul olmalıyıq. Madridə qələbə üçün gedirik”, deyə Laporta bildirib.

Xatırladaq ki, “Real” – “’Barselona” oyunu Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu həftə “baluqrana” Çempionlar Liqasının 1/4 final mərhələsində evdə PSJ-yə 1:4 (ilk oyun: 3:2) hesabı ilə məğlub olaraq, mübarizəsini dayandırıb. “Real” isə bu mərhələdə Çempionlar Liqasının cari çempionu “Mançester Siti”ni mübarizdən kənarlaşdırıb (ilk oyun: 3:3; cavab oyunu: 1:1, penaltilərlə 4:3). Göründüyü kimi, komandalar növbəti “el klasiko”ya fərqli əhvalda gələcəklər.

La Liqanın 31 turundan sonra “Barselona”nın 70 xalı var, “blauqrana” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Real” isə 78 xalla La Liqanın zirvəsindədir.

Seçilən
55
43
Mənbələr
Şərh ()
Bağla