AZ

Toy günü bəy gəlinin rəfiqəsinə qoşulub getdi

Çində toy gözlənilməz sonluqla bitib.

Ölkə.Az "milliyet"ə istinadla xəbər verir ki, bəy və onun qohumları toya hazırlıq üçün səhər tezdən gəlinin evinə gəliblər.

Gəlinin ailəsi gözlənilmədən bəyə bildirib ki, əgər onlara 500 min yuan verməsə, toy olmayacaq.

Təəccüblənən bəy ona zarafat etdiklərini düşünsə də, gəlinin anası oğlunun borcunu ödəmək üçün pul lazım olduğunu deyib.

Bəy isə o qədər pulunun olmadığını söyləyib. O, daha sonra qıza tərəf çevrilərək "Əgər bu gün sənə pulu verə bilməsəm, mənimlə gəlməyəcəksən, hə?" sualını verib.
Sevgilisi isə sadəcə olaraq “başqa seçimim yoxdur” deyərək cavab verib. 

Qəfil ayrılıq mərhələsinə gələn cütlüyün ailələri arasında şiddətli mübahisə yaranıb.
Mübahisə gəlinin rəfiqələrindən birinin müdaxiləsi ilə daha da böyüyüb. O, gəlinin ailəsinin bəyə haqsızlıq etdiyini deyib.

Gəlinin rəfiqəsi düşündüklərini dedikdən sonra bəyə üz tutub və onunla evlənməsini istəyib. Kişi bir qədər tərəddüd etdikdən sonra razılaşıb. İkisi əl-ələ tutaraq hər kəsin təəccüblü baxışlarına məhəl qoymadan şadlıq sarayından uzaqlaşıblar.

Ölkə.Az

 

Seçilən
31
10
Mənbələr
Şərh ()
Bağla