Xəbər verdiyimiz kimi, Moskva yaxınlığındakı Balaşixada səhər saatlarında azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı biznesmenin Sverdlov küçəsində, mağazasının yaxınlığında güllənməsinin görüntüləri ortaya çıxıb (videonun 56-cı saniyəsi).
Naməlum kapişonkalı geyimdə olan şəxs bir neçə dəfə atəş açaraq onun baş, sinə və ürəyindən vurub.
Şübhəli "KIA Spectra" markalı avtomobillə qaçıb. Nəqliyyat vasitəsi 53 yaşlı Vyaçeslav S. adına qeydiyyatdadır.
Xatırladaq ki, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində qətlə yetirilib.