AZ

Nagelsman milli komanda ilə müqaviləsini yeniləməsindən danışdı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman bundestimlə müqaviləsinin müddətinin 2026-cı ilə qədər uzadılması qərarını şərh edib.

Arena.az Alman Futbol İttifaqının (DFB) mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, qəlbimin qərarıdır. Milli komandanı çalışdırmaq və ölkənin ən yaxşı futbolçuları ilə işləmək mənim üçün böyük şərəfdir. Uğurlu, ehtiraslı çıxışlar vasitəsilə bütün ölkəni ruhlandırmaq imkanımız var. Martda Fransa və Niderland üzərində qazanılmış iki qələbə bizə bunun dadını verdi. Azarkeşlərin coşqusundan çox təsirləndim. İndi biz hamımız birlikdə Avropa çempionatını evdə uğurla keçirmək istəyirik – hamımız bunu gözləyirik. Bundan sonra mən məşqçi heyətimlə birlikdə dünya çempionatına səfəri səbirsizliklə gözləyirəm”, deyə yığmanın baş məşqçisi bildirib.

Xatırladaq ki, Nagelsman Almaniya yığmasının sükanı arxasına ötən ilin sentyabrında təyin edilib. Bu müddətdə gənc mütəxəssis bundestimi 6 oyuna çıxarıb, 3 qələbə sevinci yaşayıb, 1 heç-heçə və 2 məğlubiyyət görüb.

Nagelsman karyerasının əvvəlində “Bayern”, “Leypsiq” və “Hoffenhaym”ı çalışdırıb.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla