AZ

Premyer Liqa xoşbəxtliyi bu həftə yaşana (rəsmiləşə) bilər

Elitanı tərk edəcək komandanın adıa bu həftə aydınlıq gələ bilər.

Sonuncu pillədə qərarlaşan “Qəbələ”nin aktivində 16 xal var.

Bir pillə yuxarıda yer alan “Kəpəz”in xal ehtiyatı 31-dir. Aradakı fərq 15-dir.

Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın qonağı olacaq. Oyun Qəbələdə keçirilsəydi, “qırmızı-qaralar” bəlkə də xal və ya xallara ümid edə bilərdi. Ancaq bu, indiki halda çətin görünür.

Ötən tur “Sabah”a uduzan “Qarabağ”ın ardıcıl iki həftə eyni aqibəti yaşayacağı inandırıcı görünmür. Üstəlik, komandalar arasında yerlə göy qədər fərq var.

“Qəbələ” ağdamlılara məğlub olsa, “Kəpəz”ə elitadakı yerini qoruduğunu rəsmi təsdiq etdirmək üçün 1 xal da bəs edir. Gəncə təmsilçisi Tovuzda “Sabah”la qarşılaşmada qalib gəlsə, ya da bərabərə qalsa, məsələ həll olunacaq.

Yox, hesabat turunda “Qəbələ” ilə “Kəpəz”in hər ikisi məğlub olsalar, aradakı fərq yenə 15 xal qalacaq. Bunun özü də gəncəlilərə bayram etmək imkanı yaradır.

Çünki indiki vəziyyətdə şəxsi görüşlərdə həm qələbə, həm də top fərqi sayında gəncəlilərin üstünlüyü var.

Qərblilər 3:0 və 2:1 hesablı qələbələrə sevinibsə, qəbələlilərin üzü çempionatın əvvəlində 1:0-a gülüb.

Nəzəri baxımdan hə. Amma işin rəsmiləşməsi üçün növbəti turu gözləməli olacağıq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla