AZ

"Beşiktaş" Azərbaycan millisində oynamış futbolçu ilə yolları ayırdı

"Beşiktaş" futbolçusu Berkay Vardarla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

"Beşiktaş"ın yetirməsi olan Vardar mövsümün əvvəlindən qış fasiləsinə qədər icarə əsasında Moldova "Şerif"ində çıxış edib.

Qeyd edək ki, B.Vardar Azərbaycanın U-17 və U-19 millilərinin hərəsində 3 oyun keçirib. O, hər iki millidə 1 qol vurmağı da bacarıb. Berkay daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.

Bizim.Media
 

Seçilən
193
50
Mənbələr
Şərh ()
Bağla