AZ

Nikol Paşinyan: “Bu, Azərbaycan üçün nailiyyətdir”

“Bir daha qeyd etmək istəyirəm ki, əlbəttə ki, bu, Azərbaycan üçün nailiyyətdir, lakin vurğulamaq istəyirəm ki, bu, Ermənistan Respublikası üçün də mühüm nailiyyətdir”.

Herbiand.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın qərarına münasibət bildirərkən deyib.

“Əslində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını artıq ikitərəfli imzalarla təsdiqləyib. Onlar təsdiq etdilər ki, demarkasiya zamanı yeni sərhəd yaradılmayıb, lakin de-yure SSRİ-nin dağılması zamanı hüquqi əhəmiyyət kəsb edən sərhəd bərpa olunacaq”.

Paçinyan onu da vurğulayıb ki, əldə olunan razılıq Ermənistan Respublikasının suverenliyi, müstəqilliyi və inkişafının növbəti mərhələsidir.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla