AZ

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

Nəcəf

Bakı, 20 aprel, AZƏRTAC

“Narkotacirlərin texniki işçiləri və hakerləri də olur. Narkotacirlər sosial şəbəkələrdə kriminal səhifələri izləyənlərə mesajlar göndərir, müəyyən təkliflər irəli sürür və müxtəlif yollarla şirnikləndirərək onları narkokuryerliyə cəlb etməyə çalışırlar”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə narkotik vasitələr barədə bir sıra yalan məlumatlar da yayılır: “Narkotik vasitələrin tələbə və şagirdlər arasında “zehni gücləndirməsi”, gənclərə “müsbət enerji verməsi” və “emosiya yaratması” kimi yanlış fikirlər səsləndirilir. Həmçinin narkotik vasitələrin qadınlar arasında guya “arıqlatma” dərmanı adı altında satışına dair polis əməkdaşları tərəfindən bir sıra faktlar müəyyən olunub və bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Sosial şəbəkələrdə, ictimaiyyət arasında narkotik vasitənin təbliği ilə bağlı istənilən fəaliyyət polis əməkdaşları tərəfindən yoxlanılır və belə məlumatlara dərhal və çevik reaksiya verilir. Ona görə də vətəndaşlar yayılan və qətiyyən həqiqətə uyğun olmayan yanlış informasiyaların ardınca getməməli, sağlam düşüncə ilə hərəkət etməlidirlər. Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə edərkən də ayıq-sayıq olmaq, bu cür məntiqsiz çağırışlara uymamaq lazımdır”, -deyə N.Aydınoğlu vurğulayıb.

Seçilən
99
1
Mənbələr
Şərh ()
Bağla