AZ

300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən, 6 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Modern.az-ın məlumatına görə, imtahanlarda 300 bal toplayan 6 rekorçudan 2-si Türkiyə Dəyanət Vəqfinin Bakı Türk liseyində təhsil alır. Bunlar 9d sinif şagirdi Yunis Bəşirli və 9h sinif şagirdi Hüseyn Tağıyevdir.

Liseyin rəhbəri Kadir Bektaşoğlu şagirdləri təbrik edib, fədəkar müəllimlərə və valideynlərə təşəkkür ünvanlayıb.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla