AZ

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur. 


Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi analitiki Kan Kasapoğlu “New York Times” qəzetinə açıqlamasında bildirib. 


K.Kasapoğlu qeyd edib ki, indi bütün tanklar, o cümlədən Qərb ölkələrinin istehsalı olan tanklar ucuz dronların qarşısında acizdirlər: “Texniki təchizatdan asılı olaraq hücum dronları cəmi 500 dollara başa gələ bilər ki, bu da Amerikanın "Abrams", Almaniyanın “Leopard”, Rusiyanın “T-90” tanklarının dəyəri ilə müqayisədə cüzi bir məbləğdir. ABŞ-nin "Abrams" tanklarının bazar dəyəri hazırda 10 milyon dollardır”. 


Rusiya-Ukrayna müharibəsi zamanı çoxlu sayda tank və ya ağır zirehli texnika ucuz dronlar vasitəsilə sıradan çıxarılıb. “New York Times” yazır ki, son iki ay ərzində döyüşlər zamanı beş M1 “Abrams” tankı sıradan çıxarılıb, daha üç tank isə orta dərəcədə zədələnib. Nəşr həmçinin Ukraynada ən azı 30 “Leopard” tankının məhv edildiyini bildirib. 


Ukrayna hərbçiləri də kiçik dronlar vasitəsilə çoxlu sayda rus tankını məhv ediblər. 


Vasif
 

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla