AZ

Paşinyan: “Təmaslarla bağlı qərarı sərhəd kəndlərində yaşayan azərbaycanlılar və ermənilər verəcək”

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiya sərhəd təhlükəsizliyi məsələlərini müzakirə edir.

Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərhəd kəndlərində yaşayan hər iki ölkənin vətəndaşları bir-biri ilə ünsiyyət qurmaq istədiklərinə qərar verəcəklər:

“Sərhədin hər iki tərəfində insanların təhlükəsizliyini təmin etməliyik. Sərhəd keçid məntəqəsi olmalıdır. Bunlar müəyyən edildikdən sonra Ermənistan və Azərbaycan kəndlərinin sakinləri bir-biri ilə təmasda olmaq və iqtisadi əməkdaşlıq etmək istəyib-istəməyəcəyinə qərar verəcəklər”.

Bizim.Media
 

Seçilən
54
50
Mənbələr
Şərh ()
Bağla