AZ

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Bakı. Trend:

Almaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhə gedənyolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Almaniya Xarici İşlərNazirliyinin "X" hesabında paylaşımda bildirilib:

"Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsiəsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülhsazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniyadavamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyiverməyə hazırdır", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasındasərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşzamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndininAzərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Seçilən
33
16
Mənbələr
Şərh ()
Bağla