AZ

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

“Pitsburq Pinqvins” komandasının kapitanı Sidni Krosbi dünya çempionatında iştirak edə bilər. Forvard Kanada millisindən gələn təklif üzərində düşünür.

“Douson Merser və Cared Makkan komandanın heyətinə salınıblar. Sidni Krosbi də gəlməyə meyllidir. Nik Sudzuki və Trevis Koneçnıy oynamamaq qərarına gəliblər”, – deyə tanınmış jurnalist Darren Dreger sosial şəbəkə hesabında yazıb.

Sidni Krosbi müasir hokkeyin ən güclülərindən sayılır. Vaxtilə onu əfsanəvi Veyn Qretski ilə də müqayisə edirdilər. Krosbinin oynadığı “Pitsburq Pinqvins” komandası pley-offa vəsiqə qazanmadğından , hokkeyçi çempionata gəlmək imkanına malikdir.

Qeyd edək ki, dünya çempionatı mayın 10-dan 26-dək Çexiyada keçiriləcək. Mundialın son qalibi Kanada millisidir.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla