AZ

BVF COP29-un Azərbaycanda uğur əldə etməsi üzərində çalışmaq niyyətindədir - Kristalina Georgiyeva

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) COP29-un Azərbaycanda uğurlakeçirilməsini təmin etmək işinə sadiqdir.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçıdirektoru Kristalina Georgiyeva "X" platformasında yazıb.

"Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan MərkəziBankının sədri Taleh Kazımov və COP29-un prezidenti MuxtarBabayevlə möhtəşəm görüşümüz keçdi. Azərbaycanda iqlim hədəflərinindəstəklənməsinə sadiqik və noyabr ayında Bakıda COP29-un uğurlakeçirilməsi üzərində çalışırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla