AZ

ABŞ çıxan xəbərləri təkzib etdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda hava hücumları həyata keçirdikləri ilə bağlı xəbərləri təkzib edib.

News24.az xəbər verir ki, CENTCOM-un açıqlamasında, "ABŞ-ın bu gün İraqda hava hücumu təşkil etdiyinə dair bəzi xəbərlər var. Bu xəbərlər həqiqətə uyğun deyil. ABŞ İraqda bu gün hər hansı hava hücumu həyata keçirməyib" qeyd edilib.

Xatırladaq ki, İraqın Babil əyalətində Haşd əş-Şaabi qərargahına hava hücumu təşkil edilib. Haşd əş-Şaabi 7 nəfərin yaralandığı hücumda ilk olaraq ABŞ-ı günahlandırmışdı. 

Günel Məlikzadə

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla